Beyin əməliyyatı,beyin xəstəliklərinin müalicəsi

25
Oct

0
Beyin əməliyyatının riskləri

Beyin əməliyyatının riskləri

Beyin emeliyyatında riskler xəstələrin demək olar ki, uzaq dura bilməyəcəyi problemlərdəndir. Emeliyyat risklerini aşağıdakı kimi araşdıra bilərik

İnfeksiya: Beyinin əməliyyat olunan nahiyəsində görünən infeksiyalar ən çox rast gəlinən risklerdendir. Çox rast gəlinən hallardan biri olaraq  infeksiya xəstənin yataq rejimində yatdığına görə digər nahiyələrə də yayıla bilir

Qanın laxtalanması: Beyin şişinin bir təsiri olaraq ayaqlarda yaranan qan laxtalanmasına səbəb olmaqla yanaşı, əməliyyat sonrasında xəstənin yataqda qalması da bu riski artıran digər bir faktordur. Ayaq damarlarındakı laxtalanmış qan, qan dövranı vasitəsi ilə ağciyərlərə çatması və uyğun tədbirin alınmaması vəziyyətində ölümcül, həyati risklərin meydana gəlməsinə səbəb ola bilər.

Müvəqqəti sinir problemləri: Beyin şişi əməliyyatlarından sonra beyin və ətrafında meydana gələn şişkinliklər və bu şişkinliklərin sinir sisteminə etdiyi təzyiq nəticəsində yaranan mənfi təsirdir. Sözügedən təsir steroid maddələrin istifadəsi ilə aradan qaldırıla bilər.

Daimi sinir problemləri: Beyin əməliyyatlarının riskləri arasında beyinin hər hansı normal bir qisminin zədələnmə riski də hər zaman nəzərə alınmalıdır. Yarana biləcək bu zədələnmələr nahiyənin yerindən də asılı olaraq qalıcı sinir sistemi problemlərinə yol aça bilər.

Əməliyyat nahiyəsində baş verən qanamalar: Beyin şişlərinin böyük bir qisminin anormal damar strukturlarına sahib olmağı səbəbiylə çox asan zədələnmə və buna bağlı olaraq qanama riskləri var. Bu qanamaların bəziləri beyin əməliyyatı sonrasında inkişaf edən, ciddi risk əhəmiyyətli olan və bəlkə də təkrar əməliyyat tələb edən problemlərdir.
Keyimə: Beyin şişi əməliyyatlarından sonra qanın beyinin əməliyyat keçirən nahiyəsində keyimə, sıxılma və gizilti kimi hallarına rast gəlinir.

Xəstəxanada qalma müddətinin uzanması: Beyin şişi əməliyyatlarının sayıla biləcək risklərindən bir digəri də normal şərtlərdə reallaşan bir beyin əməliyyatında xəstənin orta xəstəxanada qalma müddəti 3-5 gün ikən, yuxarıda göstərilən risklər və mənfi halların təsiri ilə bu müddət uzana bilər.
Beyin şişi əməliyyatı risklərinin yanında, beyin şişi əməliyyatı, əməliyyat sonrasında görünən halsızlıq, yorğunluq, baş ağrısı, qanama, beyin şişi, yuxusuzluq, çox şiddətli baş ağrısı, ürək bulanma, qusma, mövcud nevroloji vəziyyətin daha da pisləşməsi, görmə, danışma və qidalanmada problemlər, qol və ayaqlarda şişlik, qızartı, yara yerinin gec sağalması, infeksiya, psixiatrik problemlər və s kimi əhəmiyyətli riskleri daşıyır.