Beyin əməliyyatı,beyin xəstəliklərinin müalicəsi

25
Oct

0
Beyin haqqında

Beyin haqqında

Beyin saatı

Həftə sonu belə zəngli saat çalmamış yuxudan qalxanların sirri əslində beyinlərindədir. Beynimizin bütün hüceyrələri qüsursuz bir saat kimi işləyir. 

Beynimiz müntəzəm olaraq hesablama əməliyyatı aparır əslində: Danışıq ritmimiz, nahar fasiləsinə qədər keçmək bilməyən dəqiqələr, mesajımıza gələcək cavabdan əvvəlki qorxunc gözləmə anı. Yaxşı bəs beyin bu qədər xırdalıqları necə hesablayır sizcə?
Elm adamları hələ ki, beyinde zamanın hesablanmasında rol oynayan neyroloji fəaliyyəti tam olarak izah edə bilmir. Lakin beyinde zaman anlayışını yaradan tək bir nahiyənin üzərində dayanmağın yanlış olduğunu bilirik. Beyinde yerləşən boz maddənin bir çox fərqli qismi zamanla əlaqəli funksiyalar ilə də maraqlanır. Yəni beyin fəaliyyətlərinin görüntülənməsi texnologiyaları sayəsində beynimizin hansı nahiyələrində hansı tip hesablamaların reallaşdığını bilirik. Bir musiqiyə ritm tutaraq ona qoşulmaqdan tutmuş dərsin neçə dəqiqə uzandığına qədər hər növ zaman hesabı beynimizin fərqli paylarının əməkdaşlığı nəticəsində reallaşır.
1. Beyinin Xronemetriyası
Beynimiz xaricdən gələn qıcıqları qəbul edərkən beyində iştirak edən tamamlayıcı motor korteks ya da SMA bir taymer vəzifəsi görməyə başlayır. Qıcıqlanma davam etdikcə SMA-da reallaşan neyron fəaliyyəti artır. Qıcıqlanma davam edərkən SMA-da iştirak edən neyronlar işləyir və beyinin digər nahiyəələri üçün məlumat toplamağa davam edir.

2. Yaddaş Mərkəzi
Qısa müddətli yaddaş olmadan zamanı dəqiqləşdirmək elə də mümkün deyi. Buna görə də frontal korteksin sağ daxili tərəfində, alnın düz arxasında olan yaddaş mərkəzinin zaman anlayışını idarə etmək kimi əhəmiyyətli bir vəzifəsi var. Məsələn bir körpə ağlamağa başlayanda hər qışqırığın nə qədər çəkdiyini anlamağımızı təmin edən yaddaş mərkəzi qışqırığın başladığı an ilə bitdiyi anı qeydə alır. Yaddaş olmadan qışqırığın başlanğıc anı saniyələr içində yaddaşımızdan uçub gedərdi.

  1. Silsilə ayıran
    Yaradıcı ola bilmənin təməl şərtlərindən biri ardıcıl halında düzülən bir sıra şablonları tanıma bacarığına sahib olmaqdır. Bir sözün hecaları, rəqsdə atmalı olduğunuz addım sırası, hətta səhərlər hazırlaşma alqoritmimiz belə müxtəlif davranış silsilələrindən ibarətdir. Bu cür fəaliyyətlər edilərkən beynin hippokampus bölgəsinin sıx olaraq çalışdığı maqnetik rezonans göstərmə üsulları ilə müşahidə.

    4. Ritm tutan
    Əzələ hərəkətlərimizi idarə edən beyincik eyni zamanda qrafikə bağlı olan bütün vəzifələrdə aktiv olaraq işləyir. Ritm tutmaq kimi dəqiq zaman ayırd etmə tələb edən vəzifələr sırasında beyinciyin intensiv olaraq işlədiyi də maqnetik rezonans texnikaları ilə göstərilmişdir.

  2. Mükafat təyinedici
    Şokolad sevən birisinizsə və az sonra şokolad veriləcəyini bilirsinizsə ehtimalla şokoladı alana qədər gözləyərsiniz yəqin? Bu sadə səbəb-nəticə əlaqəsi üçün ganglionlarınıza təşəkkür edə bilərsiniz. Hədiyyəmizi alana qədər müəyyən bir müddət ərzində mükafata bağlı olaraq nə qədər gözləməli ya da gözləməməli olduğumuza ganglionlarınız qərar verir.