Beyin əməliyyatı,beyin xəstəliklərinin müalicəsi

30
Oct

0
Beyin yorulurmu?

Beyin yorulurmu?

Beyin yorulurmu?

Beynimiz vücudumuzun 3%-ni təşkil edən bir kütlə olmasına baxmayaraq bədənimizdə istehsal olunan enerjinin təxmini olaraq 20 -25%-ni tək başına sərf edər. Yaxşı bəs bu qədər enerjini sərf etməsinə baxmayaraq beynimiz yorulur mu?
Buna verəcəyimiz cavab “xeyr” dir. Çünki yorulma dediyimiz hiss əzələlərdə intensiv olaraq süd turşularının ifraz edilməsidir. Süd turşusu qana keçər və bu qan beyinə çatır və beləliklə yorulma dediyimiz his meydana gəlmiş olur. Beyin laktik turşu ifraz etmədiyinə görə əsla yorulmaz. Çox çalışdıqdan sonra beynimizin yorulduğunu söyləyərik. Əslində yorulan beyin deyil, göz əzələləri və bədən əzələlərimizdir. Gündəlik iş fəaliyyətimizdən bir az artıq çalışsaq psixoloji olaraq da yorulduğumuzu hiss edərik.

  • Beynimizdəki yorğunluq hissini necə ata bilərik?
  • Yorulduğumuzu hiss etdiyimizdə dərhal təmiz hava almalıyıq.
  • Çalışdığımız mühit və ya mövzunu dəyişdirə bilərik.
  • İlıq suda duş qəbul edərək həm beynimizi həm də bədənimizi dincəldə bilərik.
  • Yatmağa cəhd edə bilərsiniz, çünki yuxudaykən beyin fəaliyyətləri azaldığı üçün dincəlmiş hiss edərik.
  • Musiqi stresimizi alır və bizi rahatlaşdırır. Elm adamlarının etdiyi bəzi araşdırmalara görə musiqi dinləyən uşaqlarda zəka inkişafı olduğu iddia edilir.
  • Işimizə fasilə verərək çöldə gəzinti etmək də bir variantdır. Çünki təmiz havada gəzinti beyinin oksigenlə təmin edilməsini artıraraq zehni dəqiqlik və yaradıcı düşüncə potansiyalımızı yüksəltmiş olarıq.
  • Yorulanda sevdiyimiz bir kitabı oxuya bilərik. Kitab oxuduğumuzda da stresimiz azalır, beynimizdəki elektrik fəaliyyətlər və qan təzyiqimiz artar.