Beyin əməliyyatı,beyin xəstəliklərinin müalicəsi

25
Oct

0
Beyin

Beyin

Beyin və yuxu

İnsan növü olaraq hamımız gecə saatlarında şüurumuzu tamamilə itirdiyimiz, bədənimizin idarəsini tamamilə itirdiyimiz və hətta bəzən heç tanımadığımız aləmlərə zehnən gedib çıxdığımız, adına da “yuxu” dediyimiz bir intervala giririk. Günün təxminən üçdə birini bu görünüşcə son dərəcə səmərəsiz an üçün xərcləmək məcburiyyətindəyik kimi görünür.

Yuxu yalnız bizim məcbur olduğumuz xüsusi bir vəziyyət deyil. Məməlilər dediyimiz geniş canlı qrupunun demək olar hər üzvü yatır və bu vəziyyət biz insanların da çox əhəmiyyətli bir qismini işğal edir. Vəziyyət belə olunca, insanlığın düşüncə tarixində də yuxu və yuxuyla əlaqədar mövzular xeyli əhəmiyyətli bir yer tutmuşdur. Lakin yuxu haqqında elmi olaraq bildiklərimizin böyük əksəriyyəti son 50-60 ildir aparılan tədqiqat işlərindən əldə edilib.

Yuxu haqqında ilk bilməli olduğumuz şey yuxunun bədən üçün deyil, beyin üçün lazımlı olduğudur. Ümumiyyətlə yuxu müddətini “istirahət” lə ekvivalent olaraq qəbul etmə vərdişimiz olsa da fiziki istirahət, yuxunun sadəcə bir yan təsiridir əslində.

Bədəniniz, səssizcə uzanıb bir müddət hərəkətsiz qaldığınızda rahatlıqla istirahət edə bilər. Lakin beyinin “istirahət etməyi” o qədər də asan bir proses deyil. Gün boyu həm xaricdən, həm də bədənimizdən qəbul edilən trilyonlarca bitlik informasiyanı emal etmək məcburiyyətində qalan beynimiz bütöv sistemin düzgün çalışması üçün hər gün periodik olaraq bir “bərpa” dövrünə ehtiyacı vardır. Məhz  bu bərpa, təmir dövrünün adına yuxu deyirik.
Yuxu təməl mexanizmi etibarilə beyində başladılan və əsasən beyinin normal funksiyası üçün lazımlı olan bir müddətdir. Beynimizin ən alt qisimində, boynumuzun üst tərəfində olan “beyin kötüyü” dediyimiz hissəsi, avtomatik və həyati fəaliyyətlərimizə nəzarət edən sinir hüceyrəsi kombinasiyaları daxildir. Ürək fəaliyyətimiz, nəfəs alıb-verməyimiz, udma-qusma kimi reflekslerimiz və daha bir çox həyati funksiyalara bu nahiyədəki sinir hüceyrələri tərəfindən avtomatik olaraq nəzarət edilir. Beyin kötüyü hissəsində üstəlik milyonlarla sinir hüceyrəsinin bir-birlərinə kompleks bir şəbəkə olaraq bağlandığı və sinir toxumasının içərisində əhəmiyyətli bir yer tutan periferik sinir system deyilən bir quruluş da yer alır.

Beynimiz yuxusuz qala bilməz. Yuxunun əhəmiyyətini göstərən şeylərdən biri delfin və balina kimi suda yaşayan məməlilərin dənizdə üzərkən necə necə yatdığına baxanda görmək olar. Bu heyvanlar havadakı oksigenlə tənəffüs etməli olduğundan suyun içində yatarkən boğulma riski yaşayacağını bilirik. Buna görə də delfinlər və balinalar yuxu müddəti ərzində beyin yarımkürələrinin bir dənəsini yatızdırıb digərini oyaq saxlayır. Beləcə növbəli olaraq yatan yarım kürələrdən biri istirahət edərkən digər oyanıq yarım kürə heyvanın həyatda qalmağını təmin edir.